1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-dan Ukraynanın Rusiya ərazisindəki zərbələrində, o cümlədən neft emalı zavodlarına hücumlarda Amerika kəşfiyyatının mümkün iştirakı ilə bağlı izahat tələb edildiyini bildirib.
Lavrovun sözlərinə görə, Moskva Vaşinqtona bir sıra suallar göndərib və cavab gözləyir.
Diplomat qeyd edib ki, Rusiya ABŞ-a ultimatum verməyib. O, bu məsələnin prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar kontekstində gündəmə gəldiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynaya Rusiyadakı hədəflərə zərbələr endirmək üçün kəşfiyyat məlumatları ötürdüyü barədə məlumat yayılmışdı.
















