Prezident İlham Əliyev 24 iyun 1997-ci il tarixli "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" və 15 sentyabr 2011-ci il tarixli "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" fərmanlarında dəyişiklik edib.
1xeber.media xəbər verir ki, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilən dəyişikliklə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankla, yanaşı, bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verəcək.
















