1xeber.media xəbər verir ki, Rusiyanın cənub bölgələrinə səyahət edən turistlər Çin istehsalı avtomobillərin panoram damlarının güclü istidən çatlamasından şikayətləniblər.
Məlumata görə, belə hallar Chery Tiggo 7 Pro, Chery Tiggo 7 Pro Max, Jetour Dashing və Changan CS55 Plus modellərində qeydə alınıb.
Avtomobillər Stavropol, Krasnodar diyarı və Krım kimi isti bölgələrdə uzun müddət günəş altında qaldıqdan sonra panoram damlarda çatlar yaranıb və bəzi hallarda şüşə tamamilə partlayıb.
Təmir xərclərinin 30-200 min rubl arasında olduğu bildirilir. Hadisələr sığorta halı kimi qəbul edilmədiyi üçün avtomobil sahibləri xərcləri özləri qarşılayıblar.















