1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya rəğbət bəsləsə də, onun siyasətindən məyusdur.
“Ayaksios”un mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Netanyahu haqqında “özünün ən böyük düşmənidir” deyə danışıb.
Məlumata əsasən, Tramp İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində Netanyahuya hələlik açıq dəstəyini ifadə etməyib.
Qeyd edək ki, jurnalistlər dəfələrlə ABŞ prezidentindən Netanyahuya seçkilərdə dəstək verib-verməyəcəyini soruşublar.















