ABŞ-də 17 yaşlı oğlan süni intellektdən istifadə edərək ailəsini qətlə yetirib.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Massaçusets ştatının Akton şəhərində qeydə alınıb.
Belə ki, 17 yaşlı Arjun Aravind anası, 45 yaşlı Sudha Venkatesanı və 14 yaşlı qardaşı Siddharth Aravindi amansızcasına öldürüb. Həyat yoldaşı ilə əlaqə saxlaya bilməyən kişi polisə məlumat verib. Çox keçmədən polis Aravind ailəsinin evinə baxış keçirib və dəhşətli mənzərə ilə qarşılaşıb.
Evə daxil olan Akton polisi Siddharthın cəsədini zirzəmi pilləkənlərinin üstündəki birinci mərtəbədə, Sudha Venkatesanın isə zirzəmidə tapıb. Hər iki zərərçəkmişdə ağır travma əlamətləri müşahidə olunub.
Hadisə yerində şiddətli mübarizənin əlamətləri və qanlı dəlillər tapılıb. Polis evin böyük oğlu Arjun Aravindin axtarışına başlayıb. Məlum olub ki, cinayətləri törədən Aravind hadisədən sonra anasının maşını ilə evdən çıxıb. Polis onu saxlayıb və avtomobildən qətllə əlaqəli ola biləcək dəlillər çıxıb.
Ölümün səbəbi və istifadə edilən silahlar hələ də məhkəmə-tibbi araşdırma altındadır.
Middlesex Rayon Prokuroru Marian Ryanın sözlərinə görə, Aravind qətllərdən əvvəl, o cümlədən hadisənin baş verdiyi gün internet və süni intellekt vasitəsilə ailəsinin qətlləri haqqında "nəzəri fikirlər və ya fantastik hekayələr" araşdırıb.
Prokuror bildirib ki, gənc oğlan "Qotik romanlar" üslubunda hekayələr sifariş edib, personajlar yaradıb və süni intellektə "Əgər bu baş verərsə, necə olacaq?" kimi suallar verib.
Yeniyetmə məhkəmə qarşısına çıxarılıb. Proses davam edir.















