1xeber.media xəbər verir ki, Şimali-Şərqi Qafqazda arxeoloqlar təxminən 7 min il əvvələ aid qədim yaşayış məskəni aşkarlayıblar. Dağıstan ərazisində yerləşən Daqogninskoye-2 abidəsi tapıntıları ilə alimlərin diqqətini çəkib.
Qazıntılar zamanı əvvəllər Dağıstan ərazisində rast gəlinməyən çaxmaqdaşı ucluqları aşkar edilib. Mütəxəssislər bu nümunələri “daqognin tipli” artefaktlar adlandırırlar.
Arxeoloqlar həmçinin bölgədə təbii şəkildə olmayan obsidian parçaları tapıblar. Bu isə qədim insanların uzaq ərazilərlə əlaqə saxladığını göstərir.
Alimlər hesab edirlər ki, tapıntılar Şimali-Şərqi Qafqazın qədim sakinlərinin digər bölgələrlə əlaqələri və regionun məskunlaşma tarixi barədə yeni məlumatlar verə bilər.
















