1xeber.media xəbər verir ki, Ukraynada ərazi komplektləşdirmə mərkəzlərinin (TCK) əməkdaşlarının bir həftə ərzində 10-dan çox səfərbər edilmiş şəxsi döyərək öldürdüyü iddia edilir.
Məlumatı RİA Novosti Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb. Bildirilir ki, hadisələrdən biri Vinnitsa vilayətinin Kozyatin şəhərində baş verib.
Mənbənin iddiasına görə, səfərbər edilən Nikolay Mişenko TCK-da iki gün saxlanıldıqdan sonra xəstəxanada vəfat edib. Onun TCK əməkdaşları tərəfindən döyüldüyü iddia olunur.
Qeyd edək ki, Ukraynada TCK əməkdaşlarının vətəndaşlarla kobud rəftar etməsi ilə bağlı daha əvvəl də müxtəlif məlumatlar yayılıb.
















