Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentində görüşlər keçirib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyindən verilən xəbərə görə, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti,Parlamentin yuxarı palatası Senatda hakim Milli Liberal Partiyasının sədr müavini, senator Glad-Aurel Varqa ilə keçirilən görüşdə Azərbaycan-Rumıniya münasibətlərinin inkişafı, regionlararası əməkdaşlıq məsələlərini müzakirə edib.
Senator Glad-Aurel Varqa da iki ölkə arasında tarixi dostluq və sıx tərəfdaşlıq münasibətlərinin mövcudluğunu qeyd edib, regionlararası iqtisadi və investisiya əlaqələrinin inkişafında parlament səviyyəsində dəstək göstərməyə hazır olduqlarını bildirib. O, Azərbaycan tərəfini təmsil etdiyi Arad regionu ilə əməkdaşlığa dəvət edib. E.Yusubov isə Rumıniyanın Maramureş regionuna səfəri çərçivəsində əldə olunan razılaşmalar barədə məlumat verib. Prezidentin xüsusi nümayəndəsi Qarabağda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, infrastruktur layihələrindən və xarici investorlar üçün yaradılan imkanlardan danışıb.E. Yusubov senator Glad-Aurel Varqanı Xankəndiyə dəvət edib.Nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında hakim Sosial-Demokrat Partiyasının sədr müavini, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsədri Marian Neakşu və deputat Radu Oprea ilə də görüşüb.Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və qarşıda duran tədbirlər barədə fikir mübadiləsi aparılıb. Marian Neakşu Azərbaycanın Rumıniyanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün fəaliyyət planının hazırlanmasının, qarşılıqlı səfərlərin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.Elçin Yusubov Marian Neakşunu da Qarabağa səfərə dəvət edib. Marian Neakşu yaxın zamanda Azərbaycana, xüsusilə Qarabağa səfər edəcəyini bildirib.






















