Bugünkü vəziyyət dəhşətli dərəcədə mürəkkəbdir. Dəhşətlidir. Ukraynanın hazırda yaşadıqları o qədər dəhşətlidir ki!.. Nə üçün?! Nə naminə?! Mən bunu heç cür başa düşmürəm.
1xeber.media xəbər verir ki, bunu tanınmış latviyalı müğənni Layma Vaykule bildirib.
“Əgər Rusiya istəsəydi, bütün Ukraynanı ala bilərdi, bütün ölkəni. Bu gün onu dağıtmaq üçün xərclədikləri pulla bütün Krımı ala bilərdilər. Buyurun, sülh içində yaşayın, torpaq alın, orada yaşayan insanlara hörmət edin…” – deyə o qeyd edib.
Bununla yanaşı, Vaykule Rusiya ilə Ukrayna arasında yaxşı münasibətlərin bu gün mümkün olmadığını vurğulayıb. Ümumilikdə isə rusların başlatdığı müharibədə ukraynalıları dəstəkləyib və emosional şəkildə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib:
“Yaponlar ömrü uzatmağın yollarını düşündüyü bir vaxtda Rusiya bu ukraynalıları, bu Avropanı, ümumiyyətlə, dünyadakı hər kəsi necə məhv etməyi düşünür. Bu istək haradan yaranır?.. Mən Putinə müraciət edirəm: istirahət edin, indi müharibə aparmaq lazım deyil, gedin, dincəlin! Beş il bağ evinizdə sakitcə yaşayın – sonra 120 yaşına qədər yaşayarsınız!”















