“Qarabağ”ın futbolçusu Renaldo Sefas UEFA Konfrans Liqasında Niderlandda “Tvente” klubu ilə keçiriləcək pley-off mərhələsinin ilk matçını buraxa bilər.
1xeber.media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Premyer Liqanın ilk turunun “Şamaxı” ilə görüşündə zədələnən vingerin Niderlanddakı qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə avqustun 20-də səfərdə, 27-də isə Bakıda qarşılaşacaq.















