İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
1xeber.media xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, cari ayda planlaşdırılan danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını, eləcə də diplomatik həll mexanizmlərinin gücləndirilməsi yollarını müzakirə edəcəklər.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Darı bu ay İstanbulda keçiriləcək Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirak etdiyi regional xarici işlər nazirləri görüşünə dəvət edib", - deyə qəzet yazıb.
Qarşıdan gələn görüş dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacaq.
Bundan əvvəl Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirləri Qahirədə görüşmüşdülər.
















