İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı son açıqlamalarına münasibət bildirib.
1xeber.media xəbər verir ki, İran tərəfi Vaşinqtonun hərbi və iqtisadi təzyiq siyasətinin nəticə verməyəcəyini və Tehranı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilməyəcəyini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin əsas məqsədinin müharibənin tam dayandırılması və davamlı sülhün təmin edilməsi olduğunu bildirib. Tehran qısamüddətli atəşkəs deyil, münaqişənin tam başa çatmasını istəyir.
Bu açıqlama Donald Trampın İranla bağlı sərt mövqedən çıxış etdiyi bir vaxtda səslənib. ABŞ prezidenti İranın mümkün hücumuna Vaşinqtonun çox daha güclü cavab verəcəyini bəyan edib.
İran rəsmiləri isə ölkənin təhlükəsizliyinə və suverenliyinə qarşı istənilən təhdidə cavab veriləcəyini dəfələrlə vurğulayıblar.
Tərəflərin qarşılıqlı sərt bəyanatları ABŞ ilə İran arasında gərginliyin hələ də yüksək olaraq qaldığını göstərir.
















