Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Xarici İşlər Nazirliyinin adının dəyişdirilərək Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinə çevriləcəyini açıqladı.
1xeber.media xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Onun sözlərinə görə, bu gün qabaqcıl təcrübə məhz bununla bağlıdır: "Çünki bir çox inkişaf etmiş ölkələrdə adın özü beynəlxalq iqtisadi münasibətlərin inkişafını əks etdirir. Bizim vəziyyətimizdə bu baş vermədi və nəticə etibarilə bunun çox obyektiv bir səbəbi var idi. Etiraf etmək lazımdır ki, Üçüncü Respublikanın mövcudluğu dövründə Xarici İşlər Nazirliyinin işinin 75-80 faizi münaqişə və ya münaqişə gündəliyindən irəli gələn hərəkətlər və fəaliyyətlərlə bağlı idi".
















