Bakıda bir neçə istiqamətdə nəqliyyatın sıxlığı müşahidə edilir.
1xeber.media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.















