Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib.
1xeber.media Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədovdan gedir.
O, avqustun 19-da Perm Vilayət Məhkəməsində oktyabrın 7-dək uzadılmış həbs qətimkan tədbirindən verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib.

















