Rusiya Çernomorsk limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin katerini vurduğunu açıqladı
1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa vilayətində yerləşən Çernomorsk limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus patrul katerinin PUA zərbəsi ilə vurulduğunu bildirib.
Rusiya tərəfinin iddiasına görə, kater hərbi yüklər daşıyan gəmilərin müşayiətində istifadə olunurdu.
Nazirlik həmçinin Yujnı limanında yanacaq-sürtkü materialları olan rezervuarın və hərbi yüklərin saxlanılmasında istifadə edilən liman infrastrukturu obyektlərinin vurulduğunu açıqlayıb.
Qeyd edək ki, son günlər Qara dənizdə və Odessa vilayətində liman infrastrukturu ətrafında hücumlar intensivləşib. Ukrayna tərəfi də Rusiyanın limanlara və mülki gəmiçiliyə zərbələr endirdiyini bildirir.

















