“Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək”.
1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin də uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib:
“Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var. Mənə məruzə ediblər ki, Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir. Şavkat Miromonoviçlə bu barədə danışmışıq. Məsələ həllini tapıb, sadəcə, bu layihəni prioritet siyahıya daxil etmək lazımdır. Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir. Zavod indi yüz faiz gücü ilə işləyir”.
















