İrlandiyalı jurnalist Çey Bouz Ukraynanın Odessa şəhərində hərbi xidmətə aparılan şəxslə bağlı hadisəyə görə Ərazi Komplektləşdirmə Mərkəzinin (TKM) əməkdaşlarını sərt şəkildə tənqid edib.
1xeber.media xəbər verir ki, jurnalist bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bouz hadisəyə münasibət bildirərək, “Adolfun mirası Ukraynada yaşamağa davam edir”, – deyə yazıb.
Bundan əvvəl Odessada sakinlərin TKM əməkdaşlarının saxladığı şəxsi onların əlindən almağa çalışdığı bildirilmişdi. Hadisə zamanı hərbi komissarlıq əməkdaşlarının müdaxilə edən insanlara qaz balonundan istifadə etdiyi qeyd olunub.
Yayılan görüntülərdə TKM əməkdaşlarından birinin hərbi komissarlıq mikroavtobusunun qarşısını kəsən qadını yol boyunca sürüdüyü görünür. Qadın avtomobilin hərəkətinə mane olmağa çalışsa da, mikroavtobus ərazidən uzaqlaşıb.
Hadisənin yaşayış komplekslərindən birinin girişində baş verdiyi bildirilir.
















