Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qəbul nəticələrinə görə, bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi (BANM) oldu.
1xeber.media xəbər verir ki, BANM-də dövlət sifarişli ixtisaslar üzrə keçid balları aşağıdakı kimi formalaşıb:
- İnformasiya təhlükəsizliyi - 675,9 bal
- Kompüter elmləri - 674,1 bal
- Kimya mühəndisliyi - 669,7 bal
- Kompüter mühəndisliyi - 658,7 bal
- Data analitikası - 652,1 bal
- Maliyyə - 648,1 bal
- Neft-qaz mühəndisliyi - 643,2
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 635,2 bal
- Biznesin idarə edilməsi – 603,6 bal
Ali təhsilin BANM brendi!

















