Qazaxıstanda avqustun 23-də keçirilən növbədənkənar parlament - Qurultay seçkilərinin yekun nəticələri açıqlanıb.
1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, “Ədalət” partiyası (71,17 faiz) Qurultayda 110 mandat qazanıb.
Bundan başqa, “Aul” (6,26 faiz) 10, “Respublika” (5,56 faiz) 9, “Ak Jol” (5,21 faiz) və Ümumxalq Sosial-Demokrat Partiyaları (5,11 faiz) hərəyə 8 mandat əldə ediblər.
Bildirilib ki, seçkidə 9 milyon 351 min 539 seçici iştirak edib və seçici fəallığı 74,08 faiz təşkil edib.

















