Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi “Flaminqo” raketlərinin buraxılış məntəqəsinin Xarkov yaxınlığındakı Fedorovka ərazisində yerləşdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, uzaqmənzilli raketlərin hazırlanması məntəqəsi “İsgəndər” raketləri və “Geran-4 Siker” hücum dronları ilə vurulub.
Rusiya Müdafiə Nazirliyinin yayımladığı görüntülərdə zərbədən sonra raket yanacağının alovlanaraq əraziyə yayıldığı görünür.
Məlumata görə, Rusiya qüvvələri həmçinin logistika mərkəzlərinə, sursat anbarlarına, pilotsuz uçuş aparatlarının yığılması sexlərinə və uzaqmənzilli dronların saxlanıldığı məntəqələrə zərbələr endirib.

















