Qərb ölkələri tərəfindən Ukraynaya verilən tankların bir qisminin döyüş meydanında istifadə olunmadan meşələrdə saxlanıldığı bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məlumata görə, dəyəri təxminən 10 milyon dollar olan tanklar hazırda müasir döyüş meydanında üstünlük qazanan ucuz dronlarla rəqabət aparmaqda çətinlik çəkir.
Ukrayna komandanlığı isə zirehli texnikadan gələcəkdə necə daha effektiv istifadə edə biləcəyinə dair yeni variantlar axtarır və hərbçilərə tanklardan istifadə üzrə təlimlər keçirməyə davam edir.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Konstantinovka istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin iki T-72 tankının məhv edildiyini açıqlamışdı.

















