Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyini 2025-2026-cı tədris ilində başa vurmuş məzunların hamısı (93 nəfər) tələbə adını qazanıb.
1xeber.media xəbər verir ki, onlardan 24 nəfər 600-dan yuxarı bal toplayıb.
Məzunların 31 nəfəri nüfuzlu xarici universitetlərə (KAİST, Edinburq Universiteti, Honqkonk Universiteti, ODTÜ, London İmperial Koleci və s.) qəbul olublar.
Şagirdlərin bir hissəsi ölkənin ən tanınmış universitetlərində təhsil alacaqlar. Onların içərisində 13 nəfər ADA Universitetində, 8 nəfər BANM-da, 6 nəfər Azərbaycan Dövlət İqtisad Universitetində, 4 nəfər Azərbaycan Tibb Universitetində, 3 nəfər Qarabağ Universitetində təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, liseyin 35 məzunu fərqlənmə, 22 məzun isə xüsusi nümunəli (qızıl, gümüş nişan) attestatla təhsillərini başa vurublar.


















