Baş nazir Aparatının Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəsi Ofisinin rəhbəri vəzifəsini icra edən Artyom Sujyan və Baş nazirin müavini Mher Qriqoryanın Aparat rəhbəri Viktoriya Aydınyan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsi çərçivəsində TRIPP İnkişaf Şirkətinin nizamnaməsi və səhmdar müqaviləsi üzrə danışıqlar aparmaq üçün 30 avqust - 3 sentyabr tarixləri arasında Amerika Birləşmiş Ştatlarına (Vaşinqton) səfər edəcəklər.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qərar imzalayıb.
Qərarın digər bir bəndində isə ezamiyyət barədə hesabatın geri qayıtdıqdan sonra 3 gün ərzində Baş Nazirin Aparatına və Xarici İşlər Nazirliyinə təqdim edilməsi nəzərdə tutulur.
















