ABŞ Prezidenti Donald Tramp CNN-i tənqid edib və telekanalın rəhbərliyi ilə aparıcılarını dəyişməyi məsləhət bilib.
1xeber.media xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"CNN ölüm spiralındadır və MSNOW (əvvəllər MSDNC) da həmçinin. Sözün əsl mənasında, heç kim bu kanalların heç birinə baxmır!" - deyə paylaşımda bildirilir.
Bununla yanaşı, Amerika lideri CNN-in siyasi analitiki və sosioloqu Harri Enteni telekanalın ən yaxşı əməkdaşı adlandıraraq onu işdən çıxarmamağa çağırıb:
"CNN-dəki ən yaxşı insan sosioloq Harri Entendir, çünki o, Donald C. Trampın Avraam Linkolndan, Corc Vaşinqtondan və ya hər hansı digər prezidentdən altı dəfə daha populyar olduğunu göstərməyə hazır idi - onun nüfuzu var (onu işdən çıxarmayın!)".
CNN kontekstində Tramp bu telekanalın gələcəyinə inandığını qeyd edib:
"CNN-i yeni rəhbərlik və aparıcılarla reabilitasiya etmək olar (MSNOW-u isə yox!), çünki böyük bir brend heç vaxt həqiqətən məhv edilə bilməz!".














