İspaniya La Liqasının 2026/27 mövsümünün üçüncü turunda "Atletiko Madrid" səfərdə "Sevilya" üzərində inamlı qələbə qazanıb.
1xeber.media xəbər verir ki, matç "Atletiko Madrid"in 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Aleks Baena 4-cü dəqiqədə hesabı açdı, Ademola Lookman isə 26-cı dəqiqədə Atletiko-nun üstünlüyünü ikiqat artırdı. Cəmi 7 dəqiqə sonra, 33-cü dəqiqədə Baena fərqi ikiqat artırdı və hesabı böyük etdi.
İkinci hissədə ev sahibi komanda yalnız təsəlli qolunu vura bildi: 66-cı dəqiqədə Miguel Angel Sierra oyunun son hesabını müəyyən etdi.
Bu qələbədən sonra "Atletiko" 3 oyunda 7 xal qazanıb və La Liqa turnir cədvəlinə başçılıq edir. "Sevilya" isə 3 oyundan sonra 6 xalla 5-ci yerə düşüb.















