Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Administrasiya rəhbərinin müavini Yerlan Karinin vitse-prezident təyin edilməsini təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə ORDA özünün "Telegram" kanalında məlumat yayıb.
Tokayev həmçinin hazırkı hökumət başçısı Oljas Bektenovun baş nazir təyin edilməsini təklif edib. Hər iki namizədi qurultay deputatları dəstəkləyib.
Qazaxıstanda vitse-prezident vəzifəsi yeni konstitusiyanın qəbulundan sonra yaradılıb. Prezident sənədi 2026-cı ilin mart ayında keçirilən referendumdan sonra təsdiqləyib.















