Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkənin müxtəlif istiqamətlər üzrə nəqliyyat bağlantılarını gücləndirir.
1xeber.media xəbər verir ki, məqalədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələdə illik yükaşırma qabiliyyətinin 15 milyon ton və 100 min TEU olduğu qeyd edilir.
Gələcəkdə limanın yükaşırma imkanlarının 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunu daha da gücləndirə bilər.
Aysel














