Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin idarə edilməsini optimallaşdırmaq və xəzinə qalığından əlavə gəlir götürmək məqsədilə cari ilin avqust ayında 6 depozit hərracı təşkil edib.
1xeber.media xəbər verir ki, hərracların yekununda ümumilikdə 146 milyon manatlıq xəzinə qalığı ölkənin kommersiya banklarında müddətli depozit şəklində yerləşdirilib. Ay ərzində keçirilən hərraclar çərçivəsində avqustun 6-da 16 milyon manat (28 günlük, 6,54%-lə) və 25 milyon manat (84 günlük, 6,54%-lə), avqustun 13-də 21 milyon manat (28 günlük, 6,54%-lə), avqustun 20-də 35 milyon manat (84 günlük, 6,53%-lə), avqustun 27-də isə 19 milyon manat (28 günlük, 6,52%-lə) və 30 milyon manat (84 günlük, 6,54%-lə) vəsait banklara yönəldilib.
Nazirlikdən bildirilib ki, bu mexanizm bir tərəfdən dövlət büdcəsinə əlavə qazanc gətirir, digər tərəfdən isə kommersiya banklarının likvidlik imkanlarını genişləndirməyə kömək edir.














