Kosmos araşdırmaçısı və ufoloq Skott Uorinq 1967-ci ildə Ayın çəkilmiş fotosunda uzunluğu 5,5 kilometr olan “yadplanetli gəmisi” aşkar etdiyini iddia edib.
1xeber.media xəbər verir ki, Uorinq bu barədə UFO Sighting Daily saytında yazıb. Onun sözlərinə görə, “gəmi” Teofil kraterinin yaxınlığında yerləşən uzunsov ləkədir.
Sözügedən foto 23 fevral 1967-ci ildə Ayın səthini xəritələndirən “Lunar Orbiter-3” aparatı tərəfindən çəkilib. Uorinq görüntünün yadplanetlilərin 1968-ci ildə Aya enişdən əvvəl insanları müşahidə etdiyinə dair “100 faiz sübut” olduğunu bildirib.
Ufoloq həmçinin iddia edib ki, 5,5 kilometrlik obyekt yadplanetlilər üçün əslində kiçik ölçülü gəmi sayılır.
“Biz insanlar üçün bu, nəhəng görünür, amma yadplanetlilər üçün bu, sadəcə kiçik bir şatldır”, – deyə Uorinq yazıb.















