1xeber.media xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqının (Aİ) Belçikanın yurisdiksiyasında yerləşən Rusiya aktivləri ilə bağlı planlarını tənqid edib.
Diplomatın sözlərinə görə, Belçika anlayır ki, Aİ Rusiyanın aktivlərini ölkədən çıxarmaqla təkcə Rusiyanı deyil, Belçikanın özünü də “qarət etmək” istəyir.
Qruşko Belçikada yerləşən və təxminən 180 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərinin saxlanıldığı Euroclear depozitarına diqqət çəkib. O, Rusiya aktivlərindən istifadə niyyətini “oğurluq”, “qarət” və “qanunsuzluq” adlandırıb.
Rusiya XİN rəhbərinin müavini daha əvvəl NATO-nun Rusiyaya qarşı aqressiv müharibəyə açıq şəkildə hazırlaşdığını iddia etmişdi.

















