ABŞ Prezidenti Donald Tramp İranın neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdırmaq imkanlarının demək olar ki, olmadığını bildirib.
1xeber.media xəbər verir ki, Tramp bunu Ağ Evdə çıxışı zamanı deyib.
“Hazırda Hörmüz boğazına nəzarət edirik. Oradan hər gün və hər gecə çoxlu sayda gəmi, o cümlədən neftlə yüklənmiş tankerlər keçir”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, İran indiyədək bu nəqliyyatın qarşısını almaq üçün demək olar ki, heç bir tədbir görə bilməyib.
ABŞ lideri İranın iqtisadi vəziyyətinin də ağır olduğunu və ölkənin iqtisadi çöküşə yaxınlaşdığını iddia edib.
Qeyd edək ki, ABŞ-nin energetika naziri Kris Rayt daha əvvəl CNBC-yə müsahibəsində sentyabrın 1-də Hörmüz boğazından 17 milyon barreldən çox neft daşındığını açıqlayıb. Münaqişədən əvvəl dünya neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin 20 faizə yaxını bu boğaz vasitəsilə həyata keçirilirdi.

















