1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etməsinin ilk növbədə Ermənistan vətəndaşlarına zərər vuracağını bildirib.
“Əgər Ermənistan viza tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı etmiş olacaq”, - Zaxarova deyib.
Onun sözlərinə görə, belə qərar Ermənistanda çoxsaylı qohumları olan Rusiya vətəndaşlarına da təsir göstərəcək.

















