1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranla müharibədə getdikcə daha çox bataqlaşdığı barədə ABŞ və Qərb mediasında fikirlər səsləndirilib.
Məlumata görə, İranla qarşıdurmanın uzanması Vaşinqton üçün siyasi və strateji problemləri artırır. Analitiklər müharibənin Tramp administrasiyasının qarşısında gözlənilməz çətinliklər yaratdığını qeyd edirlər.
“Le Monde” də Trampın İranla müharibə fonunda təzyiq altında qaldığını və Çinin bu vəziyyətdən istifadə edərək özünü daha sabit güc kimi təqdim etdiyini yazıb.
ABŞ-İran qarşıdurmasının gələcək gedişatı və Vaşinqtonun müharibəni nə qədər davam etdirə biləcəyi ilə bağlı qeyri-müəyyənlik qalır.

















