Azərbaycanın əksər rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
1xeber.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-sı saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişcay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ, Ağdamda 1 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

















