Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın Saksoniya-Anhalt əyalətində sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının seçkilərdə qazandığı qələbəyə emosional münasibət bildirib.
1xeber.media xəbər verir ki, Kallas nəticələrdən narahatlığını ifadə edərək Avropanın təhlükələrin qarşısını almaq və özünü qorumaq üçün kifayət qədər iş görmədiyini düşündüyünü deyib.
“Mən sadəcə qorxuram ki, kifayət qədər iş görmədiyimiz bir vəziyyətdə oyana bilərik. Amma təbii ki, demokratik ölkə kimi Almaniya vətəndaşları öz seçimlərini etməlidirlər”, - deyə Kallas bildirib.
O, həmçinin Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayan siyasi partiyaların mövqelərini daha da gücləndirdiyini iddia edib.
Qeyd edək ki, AfD Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdə 43,8 faiz səslə birinci olub. Hakim Xristian-Demokrat İttifaqı isə 17,2 faiz səs toplayıb.
Qərb mediasında AfD-nin qələbəsinin Avropanın Rusiya və Ukraynaya münasibətində mümkün siyasi dəyişikliklərin göstəricisi olduğu barədə fikirlər səsləndirilib.

















