1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın 2030-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlaşdığı görüntüsü yaratdığını bildirib.
Lavrov bu barədə “Sama Menşova” internet layihəsinə müsahibəsində danışıb.
“Onlar elə davranırlar ki, guya 2030-cu ilə qədər ölkəmizlə müharibəyə hazır olmalıdırlar”, - deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrov Rusiya Prezidenti Vladimir Putinin sözlərini də xatırladaraq qeyd edib ki, Moskva heç vaxt hücum etməyəcək. Onun sözlərinə görə, Rusiyaya hücum ediləcəyi təqdirdə müharibə “tamamilə fərqli” olacaq və çox qısa çəkəcək.
Qeyd edək ki, daha əvvəl Belçika Baş Qərargahının rəisi general Frederik Vansin Avropa İttifaqının Ukraynadakı münaqişəni 2030-cu ilə qədər uzatmaq və mümkün Rusiya müharibəsinə hazırlaşmaq planlarından danışmışdı.
















