1xeber.media xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi–Hava Limanı yolunda 20 km/saat azaldılan sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, əvvəlcə yolun bütün zolaqları üzrə sürət həddi 20 km/saat endirilmiş və sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilmişdi.
Hazırda sürət həddi bərpa olunub.
Sürücülərə hava və yol şəraitini nəzərə almaları tövsiyə olunur.
















