Zelenski: ABŞ-ın sülh planında Ukrayna üçün yaxşı ideyalar var
1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planında Kiyev üçün “çox yaxşı və layiqli” ideyaların olduğunu bildirib.
Zelenskinin sözlərinə görə, bu təkliflərin reallaşdırılıb-reallaşdırılmayacağı və nəticə verib-verməyəcəyi hələ məlum deyil. O, planın üzərində işlərin davam etdiriləcəyini qeyd edib.
“Bir neçə çox yaxşı, layiqli ideya var. Onları aktuallaşdırmaq və reallığa çevirmək mümkün olacaqmı, nəticə olacaqmı – bilmirəm. Hələlik onların üzərində işləyəcəyik”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, ABŞ son günlər Rusiya və Ukrayna arasında danışıqların bərpası istiqamətində diplomatik səyləri gücləndirib. ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həm Moskva, həm də Kiyevdə görüşlər keçiriblər.
















