Zelenskidən Uitkoff və Kuşnerə təklif: Növbəti dəfə təyyarə ilə gəlin
1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə növbəti səfərlərində Kiyevə təyyarə ilə gəlməyi təklif edib.
Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, amerikalı nümayəndələr Kiyevdə vəziyyəti öz gözləri ilə görüblər və şəhərə hava yolu ilə səfərin mümkün olduğunu anlayıblar.
“Onlar Kiyevin necə yaşadığını gördülər, uçmağın mümkün olduğunu da gördülər. Düşünürəm ki, növbəti dəfə təyyarə ilə gəlməyə cəhd etmək olar”, – deyə Zelenski bildirib.
Ukrayna lideri ABŞ nümayəndələrinin Rusiya və Ukrayna arasında balansın qorunması üçün Kiyevə daha tez-tez səfər etməsinə ümid etdiyini də vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya münaqişənin həlli ilə bağlı əvvəlkindən daha sərt şərtlər təklif etdiyi bildirilmişdi. Ukrayna Ali Radasının deputatı Anna Skoroxodun sözlərinə görə, yeni şərtlərdən biri Rusiyanın nəzarətində olan ərazilərin konstitusiya səviyyəsində tanınması ilə bağlı olub.















