"Tədqiqat bizim oxu savadlılığında geridə qaldığımızı göstərir".
1xeber.media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair sual-cavab sessiyasında deyib.
Onun sözlərinə görə, bu, regiona xas xüsusiyyətdir: "Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni, 3 adamdan ikisi oxuduğu mətni başa düşmür.
Oxuduğunu anlamaqda çətinlik çəkən insan, eyni zamanda, eşitdiyini tam dərk etməkdə çətinlik çəkir və bu məsələ təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir.
Oxuyub anlamama problemi var. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”.
Qeyd edək ki, PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı çərçivəsində oxu savadlılığı üzrə göstəricilərdə Bakı şəhəri 56-cı, Azərbaycan isə 71-ci sırada qərarlaşıb.
















