“Qarabağ”dan ayrılan polşalı qolkiper Mateuş Koxalski instaqram hesabında paylaşım edib.
1xeber.media xəbər verir ki, o, Ağdam klubunun azarkeşləri ilə vidalaşıb.
Maraqlıdır ki, Koxalski paylaşımı Azərbaycan dilində edib və Azərbaycanda keçirdiyi illər üçün təşəkkürünü bildirib: “Qarabağ” mənə xaricdə ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim, indi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram.
Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam. İndi isə yeni bir çağırışın vaxtıdır. Buradan əvəzsiz təcrübə və ömür boyu mənimlə qalacaq xatirələrlə ayrılıram”.
















