Leyla Əhmədova barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib. Həbs qərarı apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
1xeber.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün - biraz əvvəl isə L.Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
***
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
1xeber.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.















