1xeber.media xəbər verir ki, Böyük Britaniyada məhkəmə uzun illər malikanəsinin zirzəmisində qadınlara işgəncə vermək və onları zorladığı iddia olunan milyonçu Kevin Butun ölkədən çıxmasına icazə verməyib.
65 yaşlı keçmiş müəllim Kevin But 2025-ci ilin noyabrında həbs edilib. Araşdırma isə onun Şotlandiyadakı malikanəsində işləyən qadınların bir sıra şikayətlərindən sonra 2019-cu ildə başlayıb.
İstintaqın məlumatına görə, But malikanəsinin zirzəmisində xüsusi otaq yaradaraq burada qadınları döyüb, işgəncələrə məruz qoyub və zorlayıb. Onun xüsusilə həssas vəziyyətdə olan xarici qadınları işə götürdüyü bildirilir.
Araşdırma zamanı milyonçunun qadınlara qarşı zorakılıq hallarını videoya çəkdiyi də müəyyən edilib. Hakimiyyət orqanlarının əldə etdiyi materiallar arasında Butun yanında işləyən qadınlardan birini döydüyü 18 dəqiqəlik video da var.
İttiham tərəfinin versiyasına görə, But 1998-2022-ci illər arasında qadınlara qarşı zorakılıq törədib.
Milyonçu yaxın vaxtlarda onun Böyük Britaniyadan çıxışına qoyulan qadağanın aradan qaldırılması üçün məhkəməyə müraciət edib. Lakin müraciəti təmin olunmayıb.
But hazırda 21 epizod üzrə ittiham olunur. Onların arasında 8 zorlama faktı da yer alır.
















