1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresin aralıq seçkilərində hər iki palatada qalib gələcəyi təqdirdə, ölkənin yetkin vətəndaşlarına 5 min dollar məbləğində ödəniş ediləcəyini vəd edib.
Tramp bu barədə Dallasda keçirilən Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı danışıb.
O bildirib ki, Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda qələbə qazanarsa, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar “dividend” ödəyəcək.
ABŞ liderinin sözlərinə görə, “Tramp dividendi” adlandırdığı bu vəsait ölkə daxilində xərclənməli olacaq.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilərin noyabrın 3-də keçirilməsi planlaşdırılır. Seçkilərdə Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Respublikaçılar hazırda Konqresin hər iki palatasına nəzarət edir.
















