Filippin sahillərində gəmidə yanğın baş verib, nəticədə beş nəfər ölüb, 87 nəfər itkin düşüb.
1xeber.media xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
"Filippinin Palavan əyalətində turist məkanı yaxınlığında bərə yanğını nəticəsində ən azı beş nəfər ölüb, 87 nəfər itkin düşüb", - agentliyin məlumatında qeyd olunub.
Faciə M/V June Aster gəmisi sahildən iki kilometrdən bir qədər çox məsafədə baş verib.Gəmidə ümumillikdə 134 nəfər olub, onlardan 40 nəfəri xilas edilib.
Axtarış işləri davam edir.
















