İsveçrənin Alp dağlarında buzlaqların əriməsini ləngitmək üçün qeyri-adi üsul sınaqdan keçirilir.
1xeber.media xəbər verir ki, layihə çərçivəsində buzlaq səthinin müəyyən hissələri qoyun yunundan hazırlanmış xüsusi örtüklə bağlanır. Məqsəd günəş şüalarının və isti havanın buza təsirini azaltmaq, yay aylarında ərimə prosesini zəiflətməkdir.
Mütəxəssislər təbii material olan qoyun yununun buzlaqların qorunmasında nə dərəcədə səmərəli olduğunu araşdırırlar.
















