1xeber.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin Xristian Demokrat İttifaqının (XDİ) seçkilərdə uğursuz çıxışından sonra etdiyi çıxış partiya daxilində və ölkə mediasında ciddi tənqidlərə səbəb olub.
“Die Welt” qəzeti kanslerin çıxışını XDİ üçün növbəti zərbə kimi qiymətləndirib. Nəşrin yazdığına görə, vaxtilə istedadlı natiq kimi tanınan Merz son çıxışında əvvəlki bacarığını nümayiş etdirə bilməyib.
Qəzetin materialında bildirilir ki, kansler çıxışı zamanı emosional və aqressiv ifadələr arasında keçid edib, bəzi faktları təhrif edib və fikirlərinin ardıcıllığını itirib.
Merzin Almaniyanın bu gün nəyi təmsil etdiyi ilə bağlı suala da inandırıcı cavab verə bilmədiyi qeyd olunub. Bunun əvəzinə kansler ölkənin keçmiş uğurlarından, cəmiyyətdə həmrəyliyin vacibliyindən və ölkənin vəziyyətindən narahatlığını ifadə edən bir ilahiyyatçının məktubundan danışıb.
“Die Welt”in yazdığına görə, bu çıxış Merzin siyasi mövqeyinin zəifləməsi ilə bağlı müzakirələri daha da gücləndirib və XDİ-nin seçkidəki uğursuzluğundan sonra partiyanın qarşılaşdığı problemləri yenidən gündəmə gətirib.
















