Laçın rayonunun Sus kəndində - Həkəri çayının sahilində yerləşən "Riverside" adlı istirahət mərkəzi sökülüb.
1xeber.media "Unikal" istinadən xəbər verir ki, buna səbəb kimi obyekt sahibinin Həkəri çayına qanunsuz müdaxilə etməsi göstərilib.
Məlumata görə, söküntü işlərini müvafiq dövlət qurumları həyata keçirib.
Məlum olub ki, sözügedən restoranın sahibi İsgəndər Qasımovdur.
O, "Az Graft Construction" MMC-nin təsisçisi və baş direktorudur.
















