Avropa Kosmik Agentliyi gələcək Ay, Mars və asteroid missiyaları üçün astronavt və kosmik mühəndislərin hazırlıq görüntülərini yayımlayıb.
1xeber.media xəbər verir ki, ESA-nın PANGAEA proqramı iştirakçılara planetlərin geoloji xüsusiyyətlərini müəyyənləşdirməyi, elmi əhəmiyyət daşıyan süxur nümunələrini seçməyi və mümkün həyat izlərinin aşkarlana biləcəyi əraziləri qiymətləndirməyi öyrədir.
Təlimin ilk mərhələsi İtaliyanın Bletterbax bölgəsində keçirilib. Avropanın aparıcı planetoloqları astronavtlara Günəş sisteminin geologiyası barədə nəzəri və praktiki biliklər veriblər.
PANGAEA proqramı adını qədim superqitədən götürüb. Hazırlığın əsas məqsədi astronavtların başqa səma cisimlərində qarşılaşacaqları geoloji quruluşları düzgün tanımasına və ən qiymətli nümunələri seçməsinə kömək etməkdir.
















